yenicag.az
yenicag.az

Azərbaycandakı müəmmalı federasiya… – Nazirlik xəbərsizdir

Azərbaycandakı müəmmalı federasiya… – Nazirlik xəbərsizdir

Müəllif: Redaktor

Editor

Xəbər verildiyi kimi, Azərbaycanda yeni federasiya yaradılıb. Belə ki, “Azərbaycan Ənənəvi Güləş Növləri Federasiyası” dövlət qeydiyyatına alınıb. Yeni qurum Sumqayıtda fəaliyyət göstərəcək. Federasiyanın qanuni təmsilçisi Mehdiyev Sevindik Əbil oğludur.

Azərbaycan Ənənəvi Güləş Növləri Federasiyasının nizamnamə kapitalı 5 manatdan ibarətdir.
Yeni yaradılan federasiya ilə bağlı ilk olaraq, Gənclər və İdman Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova məsələdən xəbəri olmadığını deyib:

“Ola bilər ki, Xanlar Qurbanovun rəhbəri olduğu Azərbaycan Milli İdman Assosiasiyasının adı dəyişdirilib. Başqa heç nə deyə bilmərəm”.

Azərbaycan Milli İdman Assosiasiyasının rəhbəri Xanlar Qurbanov isə yeni yaradılan federasiya ilə heç bir əlaqələrinin olmadığını, qurumlarının adını dəyişdirmədiklərini söyləyir.

Azərbaycan Güləş Federasiyasından da bildirildi ki, yeni yaradılan federasiyadan xəbərsizdirlər. Onlarla heç bir əlaqələri yoxdur.

Maraqlıdır, Nazirliyin belə tanımadığı federasiya necə yaranıb?

 

Aygün İlqarqızı

Yenicag.az

Xəbərlər, İdman, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti