Azərbaycanın voleybol millisi Portuqaliyaya məğlub olub

Müəllif: resul

Editor

Azərbaycanın qadınlardan ibarət U-18 millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci matçına çıxıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, “E” qrupunda rəqib Portuqaliya komandası olub.

Rumıniyanın Ploieşti şəhərinin “Olimpiya” idman mərkəzində keçirilən görüş Portuqaliya komandasının qələbəsilə yekunlaşıb – 3:0 (25:13, 25:7, 25:12). Millimiz ilk və sonuncu setlərdə rəqib komandaya müqavimət göstərsə də, ikinci set Portuqaliya komandasının tam üstünlüyü şəraitində keçib.

Hazırda “E” qrupuna 5 xalla Rusiya komandası başçılıq edir. 2-ci yeri 4 xalla meydan sahibləri Rumıniya, 3-cü pilləni isə 3 xalla Portuqaliya yığması tutur. Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb. Millimizin aktivində xal yoxdur.

Azərbaycan yığması növbəti oyununu sabah Bakı vaxt ilə saat 19:30-da meydan sahibləri Rumıniya komandasına qarşı keçirəcək. Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliya ilə qarşılaşacaq.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır