AzTV tender elan edir

Müəllif: Redaktor

Editor

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir:

Lot-1.Dəftərxana ləvazimatları, printer və kseroks üçün kağızın satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi, 1 nömrəli (Orxan Ağalarov, telefon- 537-03-53) ünvandan ala bilərlər.

İştirak haqqı – 150 manatdır.
Bank rekviziti
Hesab: AZ33CTRE00000000000004048501
VÖEN: 9900062371
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T CTREAZ22
D-3 Büdcə təsnifatı kodu 142340
D-4 Fond-7

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60    bank günü qüvvədə   olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı    keçmiş öhdəliklərin        olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə    hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 mart 2017-ci il saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2017-ci il saat 17.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 mart 2017-ci il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvanda açılacaqdır.
Email: webmaster@aztv.az

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. (Tender komissiyası)

Yenicag.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır