Azad edilən torpaqlar minadan təmizlənir – FOTOLAR

Müəllif: Redaktor

Editor

40c7e13ee66a49da15374ca57af_prevAzərbaycan Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilən ərazilərə göndərilib.

AzVision.az xəbər verir ki, hazırda Agentliyin xeyli sayada işçisi silahlı qüvvələrimizin Qarabağda işğaldan azad etdiyi yüksəklik və yaşayış ərazilərini minadan təmizləməyə başlayıb.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov Agentliyin bu gün işğalda olan və azad edilən ərazilərin minalardan təmizlənməsinə tam hazır olduğunu bəyan etmişdi.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır