Azad olunan ərazilərin qaytarılması yalandır – TƏXRİBAT

Azad olunan ərazilərin qaytarılması yalandır – TƏXRİBAT

Müəllif: Redaktor

Baş Redaktor

610x380xordu.jpg.pagespeed.ic.3NX9mbOss5Bu gün Ermənistanın bəzi xəbər saytlarında Azərbaycanın Dağlıq Qarabağda işdaldan azad etdiyi strateji yüksəkliklərin geri alınmasını ilə bağlı təxribat xarakterli videogörüntülər yayılıb.

Cəbhə xəttində gedən döyüşlərdə ağır itkiyə məruz qalan düşmən tərəfi bu dəfə də saxtakarlığa əl atıb. Maqagiz yaşayış məntəqisinin guya ermənilərin əlində olmasını əks etdirən görüntülərin videomontaj olduğu heç kimə sirr deyil.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni mətbuatında Azərbaycanın son əməliyyatlar zamanı əldə etdiyi strateji mövqeləri Ermənistanın yenidən özünə qaytarması barədə yayılan məlumatlar yalandır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşdə diqqətdə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir.

Qarabağ separatçılarının Rusiyadakı nümayəndəsi Arsen Melik Şahnazarov da bu gün verdiyi açıqlamada qeyd edib ki, Azəraycan ordusu kifayət qədər önəmli yüksəklikləri ələ keçirib.

“Onlar bir neçə yüksəklik və postları ələ keçirə bilib. Həmin postlar bizim üçün çox önəmli idi. Biz o yüksəklikləri Azərbaycandan geri ala bilmədik”-deyə Şahnazarov etiraf edib.

Göründüyü kimi, 4 günlük döyüşlərdə ağır sarsıntı keçirən düşmən tərəfi məəlubiyyətini gizlətmək üçün hər bir yola əl atır.

Təəssüf ki, Azərbaycanın bəzi müxalifət təmsilçiləri silahlı qüvvələrimizin böyük qələbəsinə kölkə salmaq üçün düşmənin təxribatına uyub, guya azad edilən ərazilərin geri alınması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edirlər. Rəsmi məlumatlarda qeyd olunduğu kimi, paylaşılan videolar saxtadır və reallığı əks etdirmir.

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti