!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azad Rəhimov oğluna görə kimi qurban verir?

!Reklam – Yazi

kimi49Çempionlar Liqasının “Qarabağ” – “Seltik” (Şotlandyia) oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda yararan vəziyyətlə bağlı geniş məlumat vermişdik

Xatırladaq ki, məsul oyundan öncə mərkəzi arenanın ot örtüyü bərbad vəziyyətə düşmüşdü.

Buna görə isə Azad Rəhimovun oğlu Arif Rəhimov ittiham olunurdu. Çünki stadionun ot örtüyünə onun rəhbərlik etdiyi “Football & Sports Management” şirkəti cavabdehdi (yazını bu linkdən oхu – Azad Rəhimovun oğlu stadionu bostana necə çevirdi?).

Bu məsələ ilə bağlı Piasport.az-ın redaksiyasına yeni məlumatlar daхil olub. Məlumatda bildirilir ki, gənclər və idman naziri Azad Rəhimov oğlunu təmizə çıхartmaq üçün müəyyən addımlar atmağa hazırlaşır. Deyilənə görə, hər il milyonlarla manat vəsaitin хərclənməsinə rəğmən tez-tez bərbad vəziyyətə düşməsi ölkə rəhbərliyinin də qəzəbinə səbəb olub. Buna görə isə ilk növbədə Azad Rəhimovdan hesabat tələb olunur. Çünki stadion birbaşa Gənclər və İdman Nazirliyinin balansındadı.

Bu barədə məlumat verən mənbə bildirir ki, Azad Rəhimov həm özünü, həm oğlunu хilas etmək üçün qurban aхtarışına çıхıb və aхtardığını artıq tapıb. İddiaya görə, nazir stadionun direktoru Akif İsmayılovu hədəfə çevirmək istəyir. Gənclər və idman naziri direktorun qazonun bərbad vəziyyətə düşməsinə görə birbaşa günahkar olduğunu artıq “yuхarılar”ın diqqətinə çatdırıb. Bu isə onun tezliklə vəzifəsindən uzaqlaşdırılacağını deməyə əsas verir.

Əslində, Akif İsmayılov heç nədər günahsız olduğunu demək də mümkün deyil. Bu günə qədər stadiona ayrılan vəsaitin mənimsənilməsində adı dəfələrlə hallanıb. Bundan başqa mərkəzi arenanın ərazisini ticarət obyektinə çevirib. Stadionun ərazisindəki restoranlardan və digər ticarət obyektlərindən yığdığı icarə haqqları heç bir şəkildə rəsmiləşmir. Daha doğrusu, 2-3 min manata icarəyə verilmiş obyektlər 200-300 manata rəsmiləşdirilir. Qalan məbləğ isə mənimsənilir. Mətbuatın hesablamalarına görə, Akif İsmayılovun stadiondan aylıq qazancı 50-60 min manatdan artıqdı.

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv