!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azad Rəhimov utanmaz-utanmaz 100 milyon dollardan danışır” – Partiya sədri

!Reklam – Yazi

15749972_782790645202777_921831657_nGələn il Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına sərf olunacaq məbləğ partiya sədrini özündən çıxarıb.

Yeniçağ.Az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirtdiyi mətbuat konfransında 2017-ci ildə baş tutacaq İslam Həmrəyliyi Oyunlarına təqribən 100 milyon dollar vəsait xərclənəcəyini deyib:

“Bu vəsaitdən 60 milyon dolları bu il, qalan hissəsi isə gələn il xərclənəcək. Böyük hissə açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”.

A. Rəhimovun sözügedən oyunların təşkili üçün nəzərdə tutulan vəsaitin həcmini açıqlaması cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Bu barədə Yeniçağ.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev həmin 100 milyon dolların da “acgöz nazirlər tərəfindən yeyiləcəyini” deyib:

“Bunlar necə insandırlar, mən anlaya bilmirəm. Xalq acından ölür, biz yeni ilqabağı uşağımıza bir oyuncaq Şaxta baba ala bilmirik, Azad Rəhimov da durub utanmaz-utanmaz 100 milyon dollardan danışır. Belə olmaz. Vallah, bu nazirlər xalqı qıcıqlandırıb, inqilaba qaldırırlar. Ay nazir, get nə keçirirsən-keçir, ora xərclənəcək pulları niyə açıqlayıb əsəblərimizi oynadırsan? Guya xalqı elə oyunlar maraqlandırır? Məgər o pullar elə o oyunlara xərclənəcək? Onsuz da həmin pulları acgöz nazirlər yeyəcəklər, ortada bizim əsəblərimiz korlanır”.

 

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv