“AZAL” Gəncə reyslərini bağladı

Müəllif: Redaktor

Editor

“Azərbaycan Hava Yolları” Bakı-Gəncə-Bakı uçuşlarını dayandırıb.

Turizm.fins.az-a AZAL-dan bildirilib ki, kommersiya baxımından uçuşların həyata keçirilməsi səmərəli olmadığı üçün yanvarın 9-dan Bakı-Gəncə -Bakı uçuşlarının dayandırılmasına qərar verilib.

Qeyd edək ki, AZAL Bakı-Gəncə-Bakı reysini “rentabelli fəaliyyət göstərməməsi ilə bağlı olaraq 2015-ci ildə də dayandırmışdı. Lakin bir müddət sonra uçuşlar bərpa edilmişdi.

Uçuşlar hər gün “Embraer” tipli təyyarələr vasitəsilə həyata keçirilirdi. Qeyd edək ki, biletlərin qiyməti 30 manatdan başlayırdı.

Yenicag.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir