AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar – AÇIQLAMA

AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar – AÇIQLAMA

Müəllif: Redaktor

Editor

скачанные файлы (3)Rusiyaya məxsus Airbus A 321 təyyarəsinin Sinan yarımadasında qəzaya uğramasından sonra sonra bir sıra ölkələr Şarm-Əl-Şeyxə təyyarə reyslərini təxirə salırlar. Sərnişinlərin təhkükəsizliyi baxımından onlar Misirin məşhur turizm məkanı olan Şarm-Əl-Şeyxə uçuşları daytandırmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Şarm-Əl-Şeyx eyni zamanda Azərbaycan vətəndaşlarının da istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Bu dəhşətli qəzadan sonra “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarələri bu istiqamətdə hərəkət edirmi? Son hadisələr uçuşlara təsir edibmi?

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, onların bu istiqamətdə təyyarə reysləri yoxdur:

“Bizim bu istiqamətdə reyslərimiz yoxdur. Ümumiyyətlə, bizim uçuş istiqamətləri üzrə heç bir təhlükə yoxdur və sərnişinlərimizin təhlükəsizliyi tam təmin edilib”.

Şarm-Əl-Şeyxdən Sankt-Peterburq şəhərinə uçan Airbus A 321 təyyarəsi oktyabrın 31-də qəzaya uğrayıb. Sinay yarımadasında yerə düşən hava gəmisindəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.

Bəzi mənbələr təyyarənin texniki səbəbdən qəzaya uğradığını, digərləri isə terror aktı nəticəsində, daha konkret İŞİD terror təşkilatı tərəfindən vurulduğunu və ya partladıldığını iddia edirlər(Modern).

İqtisadiyyat, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti