AZAL "İnter"ə, "Neftçi" "Sumqayıt"a qarşı

Müəllif: Redaktor

Editor

Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

Yeniçağ.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.

Öncə paytaxt derbisində AZAL və “İnter” klubları üz-üzə gələcək.

Turun qapanış matçında isə “Neftçi” qış fasiləsindən sonra inamlı çıxışı ilə diqqət çəkən “Sumqayıt”ı sınağa çəkəcək.

Topaz Premyer Liqası
18-ci tur
13 fevral

15:00. AZAL – “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov.
Bakı. “AZAL Arena”.

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 8. Sadio Tounkara, 27. Rəşad Abdullayev, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 17. Eltun Hüseynov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu, 2. Elşad Manafov, 16. Feyzi Aşkan.
Baş məşqçi: Tərlan Əhmədov.

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 2. Sertan Taşkın, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.

17:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov.
Bakı. “Bakcell Arena”.

Turun digər oyunları: “Kəpəz” – “Qarabağ” – 0:1, “Zirə” – “Qəbələ” – 2:2.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır