Yazı İçi 468×60

142716_res_01Danimarkanın paytaxtı Kopenhagendən verilən məlumata əsasən, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev iyun ayının 5-də Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT Parlament Assambleyasının seçki müşahidə missiyasının rəhbəri təyin olunub.

Virtualaz.org-a bu təyinatı şərh edən Azay Quliyev bildirib ki, Makedoniya kimi mürəkkəb siyasi duruma malik bir ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək ATƏT PA müşahidə missiyasına rəhbərlik etmək kimi mühüm vəzifəni ona həvalə edilməsi, hər şeydən öncə, Azərbaycana göstərilən böyük etimatdır.

“Bu eyni zamanda Azərbaycanla ATƏT PA arasında son zamanlar yaranan isti əməkdaşlıq münasibətlərinin müsbət göstəricisidir”, – deyə deputat bildirib.

Bu günə olan məlumata görə, 30-dan çox ölkədən 65 nümayəndə Makedoniyadakı parlament seçkilərində müşahidə missiyasında iştirak etmək üçün qeydiyyatdan keçib.

5 iyun növbədənkənar parlament seçkiləri daha öncə aprelin 26-na təyin olunmuşdu. Lakin ölkədəki mürəkkəb daxili siyasi vəziyyət nəzərə alınmaqla, seçkilər təxirə salınmışdı.

Azay Quliyev onu da bildirib ki, seçkilər növbəti dəfə təxirə salına bilər. Belə ki, hazırda parlamentdə təmsil olunan 4 partiyanın 3-ü seçkilərdə iştirak etməkdən imtina edib və bu böyük etimalla seçkilərin iyunun 5-də baş tutmamasına gətirib çıxaracaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."