!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev Avropaya gedir

!Reklam – Yazi

13120344_1015378835308864o (1)Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, A.Quliyev Finlandiyanın paytaxtı Helsinki şəhərində iki günlük səfərini başa çatdırdıqdan sonra Danimarkanın paytaxtı Kopenhagenə yola düşəcək.

Səfər zamanı hər iki ölkədə parlamentarilər və siyasi xadimlərlə görüşlər keçiriləcək, ATƏT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.

Azay Quliyev Kopenhagendə ATƏT PA-nın Beynəlxalq Katibliyində qurumun Baş katibi Roberto Montella ilə görüşəcək.

Səfər mayın 13-də başa çatacaq.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv