Azay Quliyev “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsindən danışdı

Müəllif: Redaktor

Editor

a8cf6b0b-a250-484a-af04-8496ee45618eAzay Quliyev “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsinin ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Polşanın “Parnas” təşkilatının rəhbəri Lukaş Qolota, adıçəkilən qurumun Erasmus+ proqramı üzrə koordinatoru Maqdalena Çarneçka və Polşa-Azərbaycan Assosiasiyasının sədri David Sesuda ilə görüş keçirilib. Görüşdə eyni zamanda “Parnas” təşkilatının “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsi çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri də iştirak edib.

Lukaş Qolota Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında ətraflı məlumat verib. Təşkilat sədri yazı müsabiqəsi çərçivəsində Böyük Britaniya, Cənubi Korea, Çexiya, Fransa, Polşa, Ukrayna və başqa ölkələrin universitetlərində və digər tədris mərkəzlərində Azərbaycana böyük marağın olduğunu müşahidə etdiklərini deyib. Müsabiqə Azərbaycan mədəniyyəti, tarixi, müasir inkişafı, multikultralizm və digər mövzuları əhatə edib. L. Qolota müasir, dinamik inkişafa malik ölkəmizlə əyani tanışlıqdan müsbət təəsüratlar əldə etdiklərini və mövcud əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Maqdalena Çarneçka azərbaycanlı tələbələrin Polşada təcrübə mübadiləsinə keçməsinə yardımçı ola biləcəyini qeyd edib.

Şura sədri, millət vəkili Azay Quliyev inkişaf etməkdə olan Azərbaycan-Polşa münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Azay Quliyev “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsinin ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlığın perespektivləri müzakirə edilib.
Mətbuat xidməti


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir