Azay Quliyev Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

Azay Quliyev Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

Müəllif: Redaktor

Editor

73fd100f-83b2-44aa-921d-fa6d56cc0c02Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Fransa Respublikasının ölkəmizdəki səfiri xanım Oreliya Buşez ilə görüş keçirilib.
Fransa ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir xanım Oreliya Buşez ölkəmizdəki müxtəlif dövlət və ictimai qurumlarla əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə çalışdıqlarını deyib.

Şura sədri Azay Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın həyata keçirdiyi proqram və layihələr haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Fransa ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.

 

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti