Azay Quliyev məzunları təbrik etdi

Azay Quliyev məzunları təbrik etdi

Müəllif: Redaktor

Baş Redaktor

6ba30508a04b0b401f57363ee0586dccMillət vəkili Azay Quliyev Şirvanda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş məzunları təbrik edib.

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun təşəbbüsü ilə keçirilən mərasimdə millət vəkili qeyd edib ki, Şirvan şəhərindən 36 məzunun 500-dən və 34 məzunun isə 600-dən çox bal toplayaraq respublikanın aparıcı universitetlərinə qəbul olunması çox sevindirici haldır.

O, həmçinin bu uğurda payı olan hər kəsi- müəllimləri, məktəb direktorlarını, valideynləri təbrik edib və onlara belə yüksək nəticələr göstərdiklərinə görə təşəkkür edib. Bundan başqa A. Quliyev 600-dən çox bal toplamış 34 məzuna hədiyyələr verib və onlara universitet illərində müvəffəqiyyətlər arzulayıb. Millət vəkili 2014-2015-ci təhsil ilində əldə etdikləri nailiyyətlərə görə 16 nömrəli məktəbin direktoru Çingiz Şirəliyevə və 18 saylı məktəbin direktoru İsmayıl Yusubova təşəkkürnamə və hədiyyələr təqdim edib.

Daha sonra Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov 500-dən çox bal toplamış 36 məzuna hədiyyələr təqdim edib və onları təbrik edib.

Tədbir tanınmış müğənnilərin iştirak etdiyi konsert proqramı ilə davam edib(lent).

 

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti