www.sinerjipro.net

SinerjiProWide
Reklam

monteneqroMonteneqronun Prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA Monteneqroda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə görüşüb.

Bu barədə məlumatı Prezident Vuyanoviç Adminstrasiyasının mətbuat xidməti və rəsmi saytı yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə Prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda seçkilərin azad, ədalətli və demokratik standartlara cavab verən səviyyədə keçiriləcəyini əmin edib. Bu məqsədlə Prezident Vuyanoviç bildirib ki, beynəlxalq müşahidəçilərin, ATƏT PA rəsmilərinin və müşahidə missiyasının, habelə yerli müşahidəçilərin iştirakından məmnundur və xüsusilə missiyanın fəaliyyətinə böyük dəyər verir.

“ATƏT PA-nın təmsilçiləri öz növbəsində deyiblər ki, missiyanın əsas məqsədi mövcud mandat çərçivəsində fəaliyyət göstərməkdir və ümid edirlər ki, seçkidə iştirak edən tərəflər xoş və qarşılıqlı hörmətə söykənən münasibət sərgiləyəcəklər”- deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Monteneqroda Parlament seçkiləri 16 oktyabrda baş tutacaq və ATƏT PA vitse- prezidenti Azay Quliyev seçkiləri müşahidə missiyasının rəhbəri kimi bu ölkədə səfərdədir. Azay Quliyev seçkilərdən bir gün sonra- 17 oktyabrda seçki ilə bağlı Parlament Assamblyesının ilkin rəyini mətbuata açıqlayacaq.(trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."