Ads by Google

hightechnic
Ads by Google

11038728_10153406123368645_3412444002133315765_nBu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib. Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun məqsədi və fəaliyyət istiqamətləri, yerli və xarici QHT-lər üçün qrant proqramı haqqında qonaqlara ətraflı məlumat verib.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və strateji əməkdaşlıq səviyyəsində olduğunu deyən Azay Quliyev hər iki ölkənin yüksək vəzifəli rəhbər şəxslərinin qarşılıqlı səfərlərinin buna örnək olduğunu qeyd edib. Şura sədri Azərbaycan ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində Rusiya dövlətindən gözləntilərinin böyük olduğunu bildirib: “Münaqişənin ədalətli həlli üçün ilk növbədə beynəlxalq ictimaiyyətin Ermənistanı BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasına məcbur etməsi lazımdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin təşkilində və ümumilikdə problemin həlli üçün səylərin artırılmasında Rusiyanın mühüm rol oynayacağına inanırıq”. Azay Quliyev görüşdə Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının seçmək və seçilmək hüququnun pozulduğuna da diqqəti çəkib.
Şura sədri Dağlıq Qarabağa edilən qanunsuz səfərlərin qarşısının alınmasında Rusiya mediasının vacib rol oynaya biləcəyini deyərək, onun nəticələri haqqında vətəndaşların obyektiv şəkildə məlumatlandırılmasına ehtiyac olduğunu bildirib.
Azay Quliyev 01 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərə hazırlığın qanunvericiliyə uyğun şəkildə və yüksək səviyyədə aparıldığını deyib. Şura sədri 9 oktyabrdan təbliğat-təşviqat kampaniyasının başlandığını və bütün deputatlığa namizədlərə platformalarını seçicilərə çatdırması üçün bərabərhüquqlu şərait yaradıldığını qeyd edib.
Qərbin bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli münasibət bəslədiklərini bildirən Azay Quliyev beynəlxalq müşahidəçilərin seçki prosesini canlı şəkildə izləyərk seçkilərin ədalətli, demokratik şəkildə keçməsini müşahidə etmələrində maraqlı olduqlarını vurğulayıb.
Şura sədri jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."