www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və xüsusı koordinatoru qismində müşahidə edir.

Bu barədə ATƏT PA rəsmi internet səhifəsi oscepa.org məlumat yayıb. Məlumatda qeyd olunur ki, ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi hazırda seçki məntəqələrində səsvermənin gedişini və sonra isə səslərin hesablanması prosesini müşahidə edir. Nüfuzlu beynəlxalq media təmsilçilərinin yaydıqları məlumatlara görə seçki prosesi gərgin keçir. ATƏT PA rəsmi internet səhifəsinin yaydığı məlumatda bildirilir ki, sabah oktyabrın 16-da saat 14:30-da Azay Quliyev seçkilərin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq.

Qeyd edək ki, ATƏT in hazırkı sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurts Azay Quliyevin Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etməsi üçün onu xüsusi koordinator vəzifəsinə təyin edib. Azay Quliyev Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirir. O, səsvermə gününədək Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirərək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 872
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."