Azay Quliyev təhsil işçiləri ilə görüşüb  

Müəllif: Baş Redaktor

Baş Redaktor

1Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan müəllimlərlə görüşüb.

İştirakçıları salamlayan Azay Quliyev təhsil işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri olduğunu qeyd edərək, seçki kampaniyasının sonuna doğru onlarla görüşməyin zərurət duyduğunu bildirib:  “Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək  mənim üçün əhəmiyyətlidir”.

Görüşdə çıxış edən iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən,  müəllimlərin dərs saatlarının azaldılması, əməkhaqqı və s. fikirlərini bildiriblər. Azay Quliyevə  Milli Məclisdə çıxışı zamanı müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi haqqında məsələ qaldırmasına görə təşəkkürlərini çatdırıb, yenidən deputat seçildikdən sonra da bu məsələyə bir daha qayıtmağını  xahiş ediblər.

Qaldırılan məsələlərə münasibət bildirən Azay Quliyev qeyd edib ki, millət vəkilinin vəzifəsi  bütün seçicilərin mənafelərini müdafiə etməkdir: “Əvvəllər olduğu kimi, bundan sonra da çalışacağam ki,  dövlətimizin təhsil sistemində apardığı islahatlar çərçivəsində sizin maraqlarınızın müdafiəçisi olum”.

Görüşdə iştirak edən seçici müəllimlər 1 noyabr seçkisində yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 27 oktyabrda saat 17.00-da 6-cı mikrorayonda yerləşən “Anar” Şadlıq Sarayında seçicilərlə görüşəcək.    

1 unnamed (1) unnamed (2) unnamed (3)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir