Yazı İçi 468×60

azay_quliyev_makedoniyaATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Makedoniya Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Nikola Popeski ilə görüşüb.

Bu haqda Makedoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, görüş ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyedə keçirilən payız Sessiyasın çərçivəsində baş tutub.

Görüşdə Makedoniyada yaxın günlərdə baş tutacaq seçkilərin ədalətli və demoratik keçirilməsindən, ATƏT PA, ATƏT DTİHB-in və digər beynəlxalq təşkilatların ciddi monitorinqinə ehtiyacdan və digər həlli vacib məsələlərdən danışılıb.

Qeyd edək ki, ATƏT PA vitse prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA müşahidə missiyasının rəhbəridir. (trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."