www.sinerjipro.net

SinerjiProWide
Reklam

11827147_10153245726648645_1456494186_oBu gün millət vəkili Azay Quliyev və “Şərq-Qərb” İdarəetmə İnstitunun rəhbərliyi Şirvan icra hakimiyyətində görüş keçirib.

Yenicag.az xəbər verir ki, görüşdə Şirvan seçicilərinin müraciətləri əsasında millət vəkili Azay Quliyevin təşəbbüsü ilə hazırlanan infrastruktur layihələri ətraflı müzakirə edilib. Məlumat verilib ki, Şirvanda 5 infrastruktur layihəsi həyata keçiriləcək. Bu sıraya Heydər Əliyev və Leytenant Mahmud İbrahimov küçələrində 850 ailənin yaşadığı məhəllələrdə mərasim evlərinin yenidən qurulması, Məhəmməd Əmin Rəsulzadə küçəsində 132 ailənin yaşadığı məhəllədə mərasim evinin tikintisi, Səməd Vurğun küçəsində 180 ailənin yaşadığı 2, Gülbala Şıxbalaoğlu küçəsində 175 ailənin yaşadığı 3 ictimai yaşayış binasının dam örtüklərinin təmiri, Neftçilər küçəsində 1200 sakinin yaşadığı ərazidəki 1 km məhəllədaxili yola asfalt örtüyün çəkilməsi, Bayramlı qəsəbəsində idman meydançasının tikintisi və digər məsələlər daxildir.
Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov reallaşdırılması nəzərədə tutulan layihələrin əhəmiyyətini vurğulayaraq onların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılacağını deyib.
Daha sonra deputat Azay Quliyev, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, “SEDA” proqramının rəhbəri Tim Madiqan və proqramın infrastruktur layihələrinin icraçısı “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov layihələrinin həyata keçiriləcəyi yerlərə baxış keçirib və yerli sakinlərlə görüşərək fikir mübadiləsi aparıb.
Qeyd edək ki, adıçəkilən layihələrin “Azərbaycanda Sosil-iqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

11852610_10153245726718645_989311134_o 11852166_10153245726488645_1217034328_o 11850937_10153245726388645_1637229934_n 11846332_10153245726408645_1433857998_n 11845995_10153245726498645_738995295_n 11830911_10153245726383645_1831774220_n 11831257_10153245726618645_1876255150_o 11831877_10153245726678645_135048760_o 11832139_10153245726673645_1833559043_o 11837020_10153245726558645_676853849_o gurculer1 gurculer2 11826989_10153245726623645_1869232458_o 11827147_10153245726648645_1456494186_o 11830684_10153245726403645_918836554_n

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."