Azay Quliyevin seçicilərlə görüşləri uğurla davam edir

Müəllif: Baş Redaktor

Baş Redaktor

1Seçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin bu gün 8-ci mkr. S.S.Axundov küçəsinin sakinləri ilə görüş keçirib.

Çıxış edən seçicilər, fikir və təkliflərini dinləmək üçün onlarla görüşdüyünə görə deputatlığa namizədə təşəkkürlərini bildiriblər. Sakinlər yaşadıqları ərazidə görülməli işlər, həmçinin, onları narahat edən bir sıra məsələləri diqqətə çatdırıblar.

Seçki kampaniyası başlamamışdan əvvəl, dairənin yerləşdiyi əraziyə xas olan məsələlərin seçki qərargahı tərəfindən öyrənildiyini bildirən Azay Quliyev, bu məsələlərin həlli istiqamətində artıq müəyyən qənaətlərinin olduğunu söyləyib.

Dindar kəsimin nümayəndələrinin çoxluq təşkil etdiyi görüşdə, seçicilər ərazidə onların ibadəti üçün mövcud imkanların daha da genişləndirilməsi haqqında təkliflər səsləndiriblər.

Azərbaycan dövlətinin din sahəsindəki siyasəti haqqında ətraflı danışan Azay Quliyev hər kəsə ibadət üçün  normal şərait yaradılığını bildirib. O, bunun örnəyi olaraq, ölkədə dini mədəblərin təmirini, yeni ibadət yerlərinin tikilməsini göstərib: “Bunu da bilirsiniz ki, Azərbaycanın, həmçinin, Qafqazın ən böyük dini məbədi olan “Heydər” Məscidi sizin sakini olduğunuz Binəqədi rayonu ərazisində tikilərək, inanclı vətəndaşlarımıza ərməğan edilib”.

Seçkini uğurla başa çatdırmaq üçün Azay Quliyevə xeyir-dua verən iştirakçılar 1 noyabrda məntəqələrə gedərək Azay Quliyevə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyevin seçicilərlə növbət görüşü 26 oktyabr saat 15.00-da Binəqədi r-nu, 8-ci mkr. N.Nərimanov 81A ünvanında olacaq.

1 2 IMG_2695 IMG_2717 IMG_2763


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir