yenicag.az

Azər Həsrət Әli Abbasovun çıxarılmasını şərh etdi – “Gerçəklik ondan ibarətdir ki…”

Azər Həsrət Әli Abbasovun çıxarılmasını şərh etdi – “Gerçəklik ondan ibarətdir ki…”

Müəllif: Redaktor

Editor

21644Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qətiyyətsizliyi və susqunluğu cinayətə bərabər davranış kimi qiymətləndirilir.

Sabiq nazir Əli Abbasov vaxtilə rəhbərlik etdiyi qurumu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş rəhbərliyinin qanuna zidd əməllərinin poliqonuna çevirməsinə şərait yaratmaqda günahlandırılır.

Bu barədə Gün.Az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Əli Abbasov vəzifədə olduğu müddətdə zəif xarakter göstərərək qətiyyətli davranmağı bacarmayıb:

“Etiraf edim ki, Əli Abbasovu hökumətdəki ən işgüzar, işini bacaran nazirlərdən biri kimi tanımışam.

Hətta ondan əvvəl nazir işləmiş Nadir Əhmədovla məhkəmə predmetinə çevrilmiş bir çəkişməmiz Əli Abbasovun təyinatından sonra asanlıqla həll olunmuşdu.

O baxımdan, Əli Abbasovun MTN işi deyilən qanunsuz əməllərin içində yer aldığına dair xəbərlər, yayğın ifadə ilə desəm, məni də şoka saldı.

Hətta inanmaq da çətin idi ki, özü barəsində belə işgüzar rəy yaratmış bir məmur miqyaslı cinayətdə yer almış olsun.

Amma ortaya çıxan gerçəklik bundan ibarətdir ki, Əli Abbasov xaraktersizlik göstərərək susub, susmaqla cinayətə bərabər səhvə yol verib və bununla dövlət başçısı cənab İlham Əliyevin etimadını doğrultmayıb.

Ümumiyyətlə isə, milli təhlükəsizlik, rabitə və yüksək texnologiyalar nazirlikləri kimi mühüm strateji dövlət qurumlarının adlarının məlum cinayətlərdə hallanması çox ciddi təəssüf doğurur.

Ümid edirəm ki, bu qurumlara həyata keçiriləcək yeni təyinatlar həmin nazirliklərdə sağlam dövlətçilik mühitini bərpa edəcək”.

Yenicag.az

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti