Azər Həsrət ATƏT-in tədbirində ermənilərin CAVABINI VERDİ -VİDEO

Müəllif: Redaktor

Editor

AZER_1_1476129240Sentyabrın 30-da Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun illik toplantısında Azərbaycandan CASCFEN sədri Azər Həsrət də olub.

Azər Həsrət tədbirdə özünü *Dağlıq Qarabağ Respublikasında* fəaliyyət göstərən hansısa ictimai birliyin nümayəndəsi kimi təqdim edən şəxsin ölkəmiz əleyhinə böhtan və iftiralarla dolu təbliğatına tutarlı cavab verib.

O, çıxışında bildirib ki, Azərbaycan əleyhinə təbliğat aparan bu adam o qədər qeyzə gəlib ki, hətta gerçək faktları da qarışıq salıb. *Məsələn, o, bu ilin aprelində baş verən hadisələri ötən ilə aid etmişdir. Bu adam bildirir ki, Azərbaycan keçən ilin aprel ayında Dağlıq Qarabağa hücuma keçmişdir. Bildirməliyəm ki, Dağlıq Qarabağ dünya tərəfindən tanınmış Azərbaycanın ərazisidir və bu ərazilər Ermənistan tərəfindən işğal edilib. İşğalçı ermənilər Azərbaycanın mülki əhalisinə qarşı hücuma keçmişdir və buna cavab olaraq əks hücuma keçmiş Azərbaycan ordusu 2 min hektardan çox Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etmişdir. Yalnız ATƏT-in Minsk Qrupunun xahişindən sonra Azərbaycan tərəfi torpaqlarını erməni işğalçılarından azad etmək yönündə hərbi əməliyyatlarını dayandırmışdır* – deyə Azər Həsrət çıxışında bildirib. Çıxışın videosunu yayırıq:


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır