Azər Qaramanlı ilə 50-ci aşırımda jurnalistika söhbəti

Azər Qaramanlı ilə 50-ci aşırımda jurnalistika söhbəti

Müəllif: Baş Redaktor

Baş Redaktor

10646947_725619000843806_594011552869056043_n“Azərbaycan jurnalistikası peşəkarlıqdan daha çox şablon jurnalistikadır”

Aqil Ələsgərdən: Bu gün Pia.az saytının baş redaktoru Azər Qaramanlının 50 yaşı tamam olur. Azər Qaramanlı bu ölkənin səssiz-sədasız, kimsənin əlindən tutmadan yürüyən azsaylı yazmağı bacaran baş redaktorlarından biridir. “Azər Qaramanlı” bu ölkənin çox önəmli tarixi araşdırmalarında gördüyümüz imzadır. Dostumuzu bu münasibətlə həm təbrik edib, həm də mətbuatın bu günü ilə bağlı fikirlərini öyrəndik. Əməkdaşlarımızın Azər Qaramanlı ilə söhbəti əslində həm də 50 illiyin bir hesabatıdır. Doğum günün mübarək, Azər Paşa! Sən bu məmləkətə lazımsan, əziz qardaş!

–              Artıq 50 yaşı keçirsiniz, ötən bu illər sizin üçün nə deməkdir?

–              Sözün düzü hə ki, 50 illiyi hiss etmirəm. Amma səhər tezdən ağlıma bir şey gəldi. 50 yaşdı da, yaşayırıq ötür keçir.

–              Bu yaşa kimi nə kimi uğurlara imza atmısınız?

–              Hesab edirəm ki, özüm-özümü yetişdirməyim, öz-özümü tərbiyyə etməyim elə mənim uğurlarımdır. Başqa uğurlara gəldikdə elə bir hədəflərim də olmayıb ki, bu barədə danışım. Ümumiyyətlə karyerist olmağı heç zaman sevməmişəm. Bu gün də eyni mövqedəyəm. Önəmli olanı odur ki,  özüm-özümə hörmət edə bilmişəmsə, buna şükür edirəm. Yəni özüm-özümə o qiyməti verə bilmişəm. Başqalarının mənə verdiyi qiymət isə başqalarının qiymətidir. Önəmli olan Allaha nə qədər yaxın olmaq məsələsidir. Problem də odur ki, az da olsa, Ona yaxınlaşa, Allah bəndəsi ola bilmişəm, ya yox?  Mənim üçün önəmli olan budur.

11012701_10205709675093889_2565409657836607947_o–              50 yaşdan sonrakı dövr üçün özünüzə nə arzulayardınız,  daha nə kimi planlarınız var?

–              Yola davam edirik. Jurnalistika sahəsində əslində olmaq istəməmişdim. Sadəcə həyat məni bura gətirdi. Yəni bir zərurət sayəsində bura gəldim. Bu gündən sonra da həmin yolla  davam edəcəyəm. Bəlli bir hədəfim yoxdur ki, karyera arxasınca qaçım. Pia.az saytının baş redaktorundan başqa heç nə olmaq istəmirəm. Bu saytın baş redaktoru olmaq mənim üçün yetərlidir. Buradan o yana Allah nə qədər ömür versə, Pia.az-ın baş redaktoru olaraq yaşamaq və ömrü başa vurmaq istəyirəm. Allahdan diləyim budur.

–              Pia.az saytı ilə bağlı qarşıda nə kimi planlarınız var, bu istiqamətdə hansı yenilikləri görə biləcəyik?

–              Hazırda bilirsiniz ki, zəmanə sürətlə dəyişir və inkişaf edir. Elektron, texnika əsrində yaşayırıq. Buna görə də saytla bağlı hansı dəyişikliklərin ola biləcəyini indidən söyləmək çətindir. Hər şey zərurətdən asılıdır. Zərurət nəyi tələb etsə o şəkildə də işimizi quracaq, saytı inkişaf etdirəcəyik. Düzdür, çox yüksək şəkildə inkişafa nail olmaq üçün texniki və maddi bazamız kasaddır. Amma buna da şükür deyək. Ümumiyyətlə, Allah nə qismət etdirəcəksə, o da olacaq.

–              Dediniz ki, jurnalistikaya zərurətdən gəlmisiniz. Burada sizi cəlb edən nə oldu ki?

–              Məni jurnalistikadan daha çox uşaqlıq vaxtlarından yaradıcılıq həsrəti bura cəlb edib. Jurnalistikaya isə zərurətdən gəlmişəm.  Onu da özüm üçün təyin edə bilmirəm ki, jurnalist olduğuma görə peşmanam, yoxsa xoşbəxt. Bu barədə heç fikirləşməmişəm də. Amma o da var ki, insan özünü harda tapırsa, orada da xoşbəxtdir. Özümü yaradıcılıq sahəsində tapdım və bir jurnalist və yazar olaraq yaradıcılıq fəaliyyətilə özümü xoşbəxt hesab edirəm. Şükürlər olsun ki, ən azından nəyisə yazıb, poza bilirəm. Heç zaman demərəm ki, jurnalistikada əvəzolunmaz olmuşam. Adi bir jurnalistəm. İmkanlarım daxilində yaradıcılığımı həyata keçirirəm.

–              Azərbaycanda neçə illərdir ki, jurnalistika sahəsi enişli-yoxuşlu inkişaf yolundadır. Necə düşünürsünüz, ölkəmizdə artıq peşəkar jurnalistika formalaşıbmı?

–              Hesab etmirəm ki, Azərbaycanda peşəkar jurnalistika var. Ölkəmizdə peşəkar jurnalistikanın olması üçün müəyyən şərtlər olmalıdır. Ən azından sərbəst yaradıcılıq imkanları məhduddur. Ona görə də bu sahədə çalışanlara sərbəst yaradıcılıq imkanları verilməlidir. Fikrimcə, Azərbaycan jurnalistikasının ən böyük problemlərindən biri yaradıcılıq potensialının davamlı olaraq çərçivəyə salınmasıdır. Çərçivəyə salınanda da ortalığa peşəkar yazı deyil, şablon çıxır. Ona görə də hesab edirəm ki, Azərbaycan jurnalistikası peşəkarlıqdan daha çox şablon jurnalistikadır. Bir-birilərini təkrarlayan, yeniliyin çox az olduğu və yaradıcılıq texnikası baxımından kasıb jurnalistikadır. Amma bu o demək deyil ki, hamı belədir. Azərbaycanda da ciddi qələmlər var. Onların da sayı kifayət qədərdir, hamısına da uğurlar arzulayıram. Ölkədə jurnalistika indiki durumda deyil, yaradıcılıq baxımından daha sərbəst olsaydı o insanlar  böyük uğurlara imza ata bilərdilər.  Amma təəssüf ki, biz yaradıcılıq baxımından özümüz-özümüzü içimizdə öldürən insanlar olduq.  Çox güclü qələm sahiblərimiz var, amma təəssüf edirəm ki, onların imkanları yaradıcı sərbəstliyin olmaması səbəbindən lazımı həddə çata bilmədi. Bu üzdən də təəssüf hissi keçirirəm. Əslində mətbuat adına yaradıcı itkilərimiz oldu. Lakin uğurlarımız da yox deyil. Siyasi, sosial, iqtisadi yönümlü mətbuat özünü qoruyub saxlaya bildi.  Araşdırmaçı, analitik jurnalistika müəyyən mənada özünü qoruya bildi. Bu mənada hazırda məhz bu sahələrin inkişaf etdirilməsini daha vacib hesab edirəm.

ELÇİN/YENİCAG.AZ

12718125_1029351473803889_8444558043176524658_n 11110882_868187939920244_3024382767905114469_n 12027567_941976085874762_8017854345878510352_n 10645251_720913121314394_2210595998618191936_n 1901204_1039112256161144_7809598455627162212_n lllllllllllllllllllllllllllllllllllllllllllllllllllll 1441476_570142649724776_568789973_n

Müsahibə, Media, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti