!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəravtoyol”dan sürücülərə xəbərdarlıq

!Reklam – Yazi

“Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

ASC-dən Yenicag.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

 

www.yenicag.az

3430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv