Azərbaycan 12 xalı Rusiyaya, ruslar isə erməniyə verdilər

Müəllif: Baş Redaktor

Baş Redaktor

qXəbər verdiyimiz kimi, Stokholmda “Eurovision-2016”nın final mərhələsi keçirilir.

Azərbaycan da “Eurovision”da səs verib. Ölkəmizin ifaçılara verdiyi xalları aparıcı Tural Əsədov səsləndirib. Azərbaycan maksimum xalı (12) Rusiyaya verib. Rusiya isə maksimum xalını Ermənistana verməyə üstünlük verib. Putinin ölkəsi 12 xalı Ermənistana əta edib. Azərbaycana isə bu ölkədən 10 bal gəlib.

Digər səslər isə aşağıdakı ardıcıllıqla təqdim edilib:

10- Ukrayna

8- Bolqarıstan

7- Avstraliya

6- Malta

5- Litva

4- Macarıstan

3- İsrail

2- Polşa

1-İspaniya.

 

Qeyd edək ki, yarışmada Azərbaycanı zəif təmsil edən Səmra daha çox geyimi ilə sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Qısacası, Avropada artıq “demode” sayılan bu yarışda nə istədiyimiz nəticəni aldıq, nə də Rusiyaya etdiyimiz jestə qarşılıq… Bu bizə lazım idimi? İnanırıq ki, dövlətimiz də bu məsələyə bir daha baxacaq və yüksək strateji müttəfiqimiz Türkiyə kimi bu mənasız yarışmadan bir dəfəlik çəkiləcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın ölkənin təbliğatı ilə bağlı həyata keçirdiyi çox böyük və mühim tədbirlərlə Azərbaycan dünyada yüksək səviyyədə təbliğ edilir. Belə olan təqdirdə, bir neçə il öncə ehtiyacımız olan bu tipli yarışları artıq tərk etmək lazım gəlir…

13177538_914582258654378_6587884377603181796_n

***

Yarışmanın qalibi Ukrayna təmsilçisi Jamala olub. O, 534 səslə birinci yerdə qərarlaşıb. Jamala yarışmada “1944” adlı mahnı ifa edib.

“Eurovision-2016”da 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 117 xalla “Eurovision” müsabiqəsini 17-ci yerdə başa vurub.

“Eurovision-2016”nın qalibi məlum oldu
“Eurovision-2016”nın qalibi məlum oldu
“Eurovision-2016”nın qalibi məlum oldu
“Eurovision-2016”nın qalibi məlum oldu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır