!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan ABŞ-a qarşı sərt addımlara hazırlaşır

!Reklam – Yazi

скачанные файлыElman Fəttah: “Azərbaycan hökumətinə münasibətdə sanksiyalar mütləq baş verməli idi”

Aydın Mirzəzadə: “Belə sanksiyaların heç bir perspektivi yoxdur”

Ötən gün ABŞ Helsinki Komissiyası Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında Konqresə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin bəzi yüksək vəzifəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsinin hökumətin özünün apardığı qeyri-demokratik siyasətin nəticəsi olduğunu bildirdi: “Helsinki Komissiyası çox nüfuzlu bir təşkilatdır. İlk dəfə 2000-ci ildən başlayaraq Azərbaycanla bağlı mütəmadi dinləmələr keçirilib. Dəfələrlə insan haqları və digər mövzularda Azərbaycan hakimiyyətinə irad və tövsiyyələr verilib. Amma görünən odur ki, bu günə qədər həmin sahədə ölkədə bir irəliləyiş olmayıb. Xüsusən də son illərdə Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı vəziyyəti daha acınacaqlı bir hala gətirib. Sistemli olaraq siyasi represiyalar davam etdirilib. Bu siyasətin nəticəsi olaraq mütləq Azərbaycan hökumətinə münasibətdə sanksiyalar baş verməli idi. Bütün anti-demokratik ölkələr, Belorusla bağlı bu yöndə verilən sanksiyalarla yaxşı tanışıq. Hazırda Helsinki Komissiyası Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiq olunması haqqında sanksiyalar hazırlayaraq Konqresə təqdim edir. Bu isə çox ciddi bir məsələdir. Azərbaycan hökuməti bu məsələ ətrafında ciddi düşünməli, sürətlə siyasi məhbus problemini ilk olaraq həll etməlidir. Ardınca ciddi siyasi-iqtisadi islahatlara başlanılmalıdır. Ölkənin demokratikləşməsi istiqamətində addımlar atmalıdır. Seçim Azərbaycan hakimiyyətinindir. Bu prosesdə özü iştirak edə bilər. Nə qədər çox müqavimət göstərmiş olsa, bu ilk növbədə Azərbaycan hakimiyyətinin özünə zərər vuracaq. Amma ölkənin demokratikləşməsinin qarşısını ala bilməyəcək. Azərbaycan mütləq demokratikləşəcək. Ağıllı davransalar bu proses hazırkı hakimiyyətin zamanında baş verər. İnadkarlığını davam etdirmiş olsa isə bir gün məsələyə münasibətini Azərbaycan xalqı da ortaya qoyacaq və mövcud hakimiyyət olmadan ölkəmiz demokratikləşmə yoluna qədəm qoyacaq”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə ölkəmizə qarşı edilən belə sanksiyaların heç bir perspektivinin olmadığı qənaətindədir: “Bu hal birinci dəfə deyil ki, baş verir. Vaxtaşırı ABŞ qanunverici orqanında müəyyən dairələr Azərbaycana qarşı müəyyən bir sanksiya tətbiq etməyə cəhd göstərir. Araşdıranda onların arxasında Amerikadakı diaspor təşkilatlarının durduğunu görürük. Həmçinin müəyyən qüvvələr də Azərbaycanın müstəqil xarici siyasət yeritməsini də qəbul edə bilmirlər. Layihəni irəli sürən Helsinki Komissiyasının sədri Kris Smit ermənipərəst bir deputat kimi tanınır. Ortada Xədicə İsmayıl faktoru olmasaydı başqa bir bəhanə taparaq da mütləq belə bir cəhd ediləcəkdi. Amma ümumən götürəndə belə sanksiyaların heç bir perspektivi yoxdur. Çünki Azərbaycan ABŞ dostluğu tək ölkəmizə deyil, o cümlədən Amerikaya lazımdır. 1992-ci ildə qəbul olunan “907-ci düzəliş” Azərbaycanı diz üstə çökdürə bilmədisə, bu gün güclü dövlətçiliyi, güclü iqtisadiyyatı, yüksək beynəlxalq nüfuzu olan bir ölkəyə münasibətdə bunları etmək mümkün olmayacaq. Eyni zamanda, bunu edərlərsə onda Azərbaycan tərəfi də əks addımlar atmağa məcbur olacaq. Ümumən götürdükdə belə bir qanun layihəsinin qəbulunun perspektivini görmürəm”.

ELÇİN

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv