Azərbaycan Almaniyaya döyüşçü göndərir

Müəllif: Redaktor

Editor

Almaniyanın Düsseldörf şəhərində “Heroic Battle XVI” ( Qəhrəmanlıq döyüşü XVI) adlı Kikboks üzrə beynəlxalq turnir keçiriləcək.

Yeniçağ.az-ın xəbərinə görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Yanvarın 21-22-də baş tutacaq yarış reytinq xarakteri daşıyır. K-1 qaydaları üzrə keçiriləcək bu yarışda ölkəmizi 75 kq. çəki dərəcəsində Azərbaycan Kikbok Federasiyasının nəzdindəki “Royal Fight ” klubunun üzvü Şikar Bədəlov təmsil edəcək.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir