!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Almaniyaya qarşı - (Yenilənir)

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşır.

Maraqla gözlənilən oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Azərbaycan millisinin start heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Ramil Şeydayev və Əfran İsmayılov çıxıb.

Almaniya yığmasının ilk on birliyində isə Brend Leno, Conas Hektor, Benedikt Hövedes, Mats Hummels, Sami Xedira, Yulian Draksler, Toni Kroos, Andre Şürrle, Tomas Müller, Coşua Kimmix və Mario Qomez yer alıblar.

***

Oyunun 19-cu dəqiqəsində hesab açılıb. Rəqib Almaniya bir topla öndədir.

***

Azərbaycan millisinin üzvü Dmirti Nazarov vurduğu möhtəşəm qolla hesabı bərabərləşdirib. Daha sonra Almaniya millisi oyunda üçüncü qolu vuraraq hesabda üstünlüyü ələ keçirib.

***

Qarşılaşmanın ilk hissəsində sonuncu qolu Mario Qomez vurub. İlk 45 dəqiqə Almaniya millisinin 1:3 hesablı üstünlüyü ilə başa çatıb.

Yeniçağ.az

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv