www.sinerjipro.net

SinerjiProWide
Reklam

ilham__aliyev_london_syria_040216_(1)Mais Gülalıyev: “Heç zaman Azərbaycan İslam adı ilə yaranan həmin koalisiyaya qoşulmaz”

Son zamanlar Rusiya mətbuatında Azərbaycanın da Səudiyyə Ərəbistanının Suriya məsələsilə bağlı olaraq formalaşdırdığı İslam Koalisiyasına qoşula biləcəyi barədə müəyyən fikirlər səslənməyə başlayıb. Görəsən, bu fikirlər nə dərəcədə doğrudur?

Politoloq Mais Gülalıyev Yenicag.az-a açıqlamasında Azərbaycanla bağlı səslənən bu fikirlərə qətiyyən inanmadığını bildirdi: “Heç zaman Azərbaycan İslam adı ilə yaranan həmin koalisiyaya qoşulmaz. Azərbaycan birincisi, çox kiçik ölkədir. İkincisi, Azərbaycanın geosiyasi vəziyyəti elədir ki, ölkəmiz hər hansı bir koalisiyaya qoşularsa, digər qonşu ölkələr, koalisiyada maraqlı olmayan qüvvələr tərəfindən təzyiqlərə məruz qala bilər. Azərbaycanın coğrafi məkanı, geosiyasi əlaqələri həm Rusiya, həm də İranla elə bir nöqtədədir ki, İslam Koalisiyasına qoşularıqsa, bu iki dövlətlə geosiyasi, geoiqtisadi nöqteyi-nəzərdən münasibətlərimiz korlanar. Ona görə də hazırda Azərbaycanın Suriya ilə bağlı tutduğu mövqe tamamilə doğru mövqedir. Bu da ondan ibarətdir ki, Azərbaycan nə Rusiya, nə İran, nə Türkiyə ilə münasibətlərdə hədd nöqtəsini aşmır. Hər 3 ölkə ilə yaxşı münasibətləri, xarici siyasət, iqtisadi əlaqələrində balanslaşdırma siyasətini qoruyub saxlayır. Bu da Azərbaycan kimi ölkə üçün çox mühümdür. Görürsünüz ki, ona görə də ölkəmiz NATO-ya qoşulmur, onunla hərbi əməkdaşlığa getmir. Digər tərəfdən də, Rusiyanın başçılığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da qoşulmamışıq. Yəni, hazırda ölkəmizin hər hansı bir hərbi koalisiyaya qoşulması Azərbaycanın xarici siyasətində ciddi çat yarada bilər. Bu səbəbdən də ölkəmizin yürütdüyü xarici siyasət kifayət qədər təqdirəlayiqdir. Əminəm ki, Azərbaycan heç zaman həmin İslam Koalisiyasına qoşulmayacaq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."