!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Avropadan Rusiyaya Qarabağ mesajı göndərdi - Şərh

!Reklam – Yazi

Son zamanlar rəsmi Bakı Rusiya ilə bağlı siyasətində sanki müəyyən korrektlərə gedir. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığına dair fikrinə prezident İlham Əliyev kəskin reaksiya verərək bildirdi ki, sözügedən məsələ məhz ölkəmizin daxili işidir. Eyni zamanda Azərbaycan XİN rəhbərliyi də Rusiyadan gələn həmin mesajlara kəskin münasibətini bildirdi. Ardınca da Prezident İlham Əliyev Avropa İttifaqı rəsmilərilə görüşmək üçün Brüsselə səfər etdi.

Bu hal görəsən ondan xəbər vermir ki, Moskvadan müsbət münasibət görməyən Azərbaycan yenidən mövqeyini Qərb istiqamətinə doğru dəyişir?

Politoloq Natiq Miri Yeniçağ.az-a açıqlamasında qeyd etdi ki, Kremldən gözləntilərin doğrulmaması fonunda Azərbaycan alternativlər axtarmaqda tam haqlıdır:

“Artıq birmənalı şəkildə bəlli oldu ki, aprel döyüşlərindən sonra Rusiyanın Azərbaycana yönələn mövqe və davranışları heç də özünü doğrultmadı. O mənada ki, Azərbaycan Rusiyanın təşəbbüsü ilə atəşkəsin təmin olunmasına razılıq verdi. Baxmayaraq ki, hərbi üstünlük ölkəmizin tərəfində idi. Savaşın daha bir neçə gün davam etməsi Azərbaycanın bir neçə rayonunun işğaldan azad olunması ilə müşayiət oluna bilərdi. Yəni bu hərbi üstünlüyü Azərbaycan bir növ Rusiyanın istəyi ilə dayandırdı və atəşkəsə imza atdı. Bununla paralel olaraq, Rusiya sülh prosesinə başladı. Vyana və Sankt-Peterburqda danışıqlar baş tutdu. Beləcə, problem ətrafında müəyyən ümidlər də yarandı. Ancaq sonradan bəlli oldu ki, bütün bunlar sadəcə olaraq, Rusiya və Ermənistana zaman qazandırmaq məqsədi daşıyırmış. Natiq Miri ile ilgili görsel sonucuBu zaman çərçivəsində də Rusiya Ermənistanı yeni silahlarla gücləndirdi. Danışıqlarda da predmet üzrə irəliləyiş əldə olunmadı. Ermənistanın həmin danışıqları sabotaj etməyinə rəğmən Rusiyadan ona qarşı hər hansı bir təzyiq də olmadı. Rusiyanın Azərbaycana, Dağlıq Qarabağa qarşı münasibətinin dəyişməsi də artıq ölkəmizdə Moskva ilə bu işi görməyin mümkün olmadığına dair ciddi əsaslar yaradıb. Moskvanın ola bilsin ki, Azərbaycandan bəzi geosiyasi istəkləri var və onu da Bakı heç bir halda Moskvaya vermək istəmir. Çünki bu istəklər bir növ Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasına hesablanıb. Ona görə də Azərbaycan təbii ki, alternativ axtarmalı idi. Bu alternativlərdən biri də artıq Azərbaycanın müstəqil qaydada Qarabağ problemini öz istədiyi kimi həll etmək istəyində olmasıdır. Bu fonda da torpaqların hərbi yolla azad olunması qətiyyən istisna deyil. Cocuq Mərcanlının yenidən bərpası da buna ciddi bir işarədir. Azərbaycanın bu fonda Qərbə inteqrasiyası prosesində də ciddi addımlar atılmağa başlanılıb. Avropa Birliyi ilə ölkəmiz arasında strateji tərəfdaşlıq istiqamətində yeni saziş hazırlanır. Bu istiqamətdə danışıqlar başlayıb. Azərbaycan Prezidentinin Brüsselə son səfəri də açıq şəkildə bunu ortalığa qoydu. Onu da nəzərə almaq lazımdır ki, TANAP və TAP layihələri də yekun mərhələyə qədəm qoyub. Beləcə, Azərbaycan bir növ Qərbin, xüsusilə Avropa Birliyinin enerji daşıyıcıları məsələsində təhlükəsizliyini təmin edən bir ölkəyə çevrildi ki, bu da ölkəmizin strateji önəmini artırır. ABŞ-da da yeni, Tramp dönəmi başlayıb.

Ola bilsin ki, Tramp administrasiyasının da Dağlıq Qarabağ məsələsinə münasibəti tamamilə fərqli müstəvidə olsun. Bu halda Azərbaycanın ədalətli mövqeyi müdafiə olunarsa, ölkəmiz də təbii ki, Qərbə inteqrasiya yolunda addımlar atmağa başlayacaq. Son zamanlar məhz bu tendensiyanı da müşahidə edirik”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv