Azərbaycan bal ixracına başladı

Müəllif: Redaktor

Editor

“Azərbaycan balı ərəb ölkələrində bəyənilib. Bu ildən etibarən Azərbaycandan həyata keçirilən ixrac missiyaları çərçivəsində ilk sifariş Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindən irəli sürülüb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

“Düzdür, Azərbaycanın təbii potesialına görə hazırda ölkədə kifayət qədər bal istehsal edilmir. Bununla belə, ixrac imkanlarını da nəzərdən keçiririk. “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində iki ixrac missiyasında iştirak etmişik. Biz Dubay və Almaniya bazarlarında Azərbaycan balına olan tələbatı araşdırmaq niyyəti ilə bu səfərlərə yollanmışdıq. Artıq Dubaya bal idxalına dair sifariş qəbul etmişik”, – deyə B.Həsrətov əlavə edib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Yaponiyaya 6 ton bal ixrac edilib.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır