Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb

Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb

Müəllif: Redaktor

Editor

“SSRİ-n keçmiş prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi və ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.

Bunu Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

R. Usubov bildirib ki, bu fərman əsasında sovet qoşunları 1990-cı il yanvarın 19-da saat 00:00-dan başlayaraq Bakının keçmiş “Nasosnıy” qəsəbəsi, keçmiş “Əzizbəyov” metrosu və Sumqayıt şəhəri istiqamətindən şəhərə daxil olub və dinc əhalini qırğına məruz qoyub. Nəticədə 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər dövlət əmlakına ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, şəhərə 66 min nəfərlik əlavə qoşun kontingenti yeridilib. Bunlar SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Əməliyyata Krasnodar vilayətindən müddətdən artıq hərbi qulluq keçən hərbçilər də cəlb edilib ki, onların arasında çoxlu erməni də olub.

Rüstəm Usubovun sözlərinə görə, Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub: “O vaxt işi Rusiya Prokurorluğu aparırdı. Azərbaycan Prokurorluğu cinayət işinə çox gec – 14 fevral, 1992-ci ildə başlayıb, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Təzədən dindirmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi, hansılar ki, 1990-cı ilin yanvarında Bakıya ezam olunmuşdu. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər, Qorbaçov isə istintaqdan yayındı. 1992-ci ildə 68 cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68 cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq”.

Yenicag.az

Xəbərlər, Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti