“Azərbaycan bizə hər cür dəstək verib” – MUSİAD başqanı Nail Olpak

“Azərbaycan bizə hər cür dəstək verib” – MUSİAD başqanı Nail Olpak

Müəllif: Baş Redaktor

Baş Redaktor

musiad-fuari-musiad-genel-baskani-nail-olpak-1349963190Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyindən (MÜSİAD) verilən açıqlamaya görə, xaricdə şöbə açmaq işini sürətləndirən MÜSİAD, önümüzdəki 6 ay içində dünyanın fərqli nöqtələrində 12 şöbə açacaq. Keçdiyimiz günlərdə Cənubi Afrika-Johannesburg və Almaniya-Karlsruhe şöbələrində, cümə günü də Makedoniya-Skopye şöbəsini açan MÜSİAD, önümüzdəki 6 ay içərisində Melbourne, Tokio, Amsterdam, Azərbaycan, Gürcüstan, Pakistan, Strasburq, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Sudan və Belçikada şöbələrini açmağı planlaşdırır.

Açıqlamada fikirlərinə yer verilən MÜSİAD başqanı Nail Olpak, Türkiyədə 86, digər 65 ölkədə isə 170 nöqtədə təmsil edildiklərini ifadə edərək, xüsusilə 15 iyul sonrasında xaricdəki MÜSİAD şöbələrinin daha böyük əhəmiyyət qazandığını, dost ölkələrin FETÖ ilə mübarizədə Türkiyəyə verdikləri dəstəyi, şöbə açmaq prossesində də gördüklərini bildirib.

“Keçdiyimiz günlərdə verdiyim bir açıqlamada dünyadakı təşkilatlanma işimizin davam etdiyini, önümüzdəki günlərdə dost və qonşu ölkələrdən Makedoniya-Skopye, Gürcüstan-Tbilisi və Azərbaycan-Bakıda də şöbə açmağı planladığımızı, Azərbaycan şöbəmiz üçün icazə prossesinin son mərhələsinə gəlindiyini ifadə etmişdim.

Şöbələrin açılması zamanı FETÖ-nün bəzi ölkələrdə bizə əngəl yaratmağa çalışdığını ifadə edərkən, söhbət əsnasında bu ölkələrdən birinin də Azərbaycan olduğu gündəmə gəlmişdi. Yalnış bir anlaşılmaya fürsət verməmək üçün xüsusilə vurğulamaq istəyirəm ki, bizim dost və qardaş ölkəmiz olan Azərbaycan MUSİAD Azərbaycan şöbəmizin açılışı ilə bağlı da bizə hər cür dəstəyi verib.  Azərbaycan hökuməti bu günə qədər bütün hüquqi prosseslərin həllində bizə yardım edib. MUSİAD üçün də Azərbaycanın ayrı bir yeri var. Çünki Azərbaycan bizim ortaq tariximiz, eyni zamanda da ortaq gələcəyimizdir”.

Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti