www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xəbər verdiyimiz kimi, Türkiyənin Rizə şəhərində Beynəlxalq Qaradəniz Mədəniyyət Turizm Media Şurasının III qurultayı keçirilib.

Yenicag.az xəbər verir ki, Anadolu Yayımcılar Dərnəyi, Qaradəniz Xəbər Agentliyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi qurultayda 21 ölkədən 50-yə yaxın nümayəndə iştirak edib.

Qaradəniz Xəbər Agentliyinin direktoru, Çay TV-nin baş redaktoru Həsən Yavuz Bakır qurultayda azərbaycanlı nümayəndələrin iştirakından məmnun olduğunu bildirərək Azərbaycanın Türkiyə üçün əhəmiyyətindən danışıb:

“Azərbaycan demək, bizim üçün Türkiyə deməkdir. Türkiyədə yaşayan milyonlarla insan Azərbaycan deyəndə Türkiyəni xatırlayır. Azərbaycanın hər bir dərdi ilə yaxından maraqlanırıq. Oradakı qardaşlarımızn problemlərinə görə narahat oluruq, uğurlarına sevinirik. Xüsusilə Azərbaycandan gələn nümayəndələrin buradakı iştirakından olduqca məmnunuq. Azərbaycanlı dostlarımızın bütün tədbirlərimizdə iştirak etmələri, hər zaman yanımızda olmaları bizim üçün böyük əhəmiyyətə malikdir. İnşallah gələcəkdə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1014
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."