www.sinerjipro.net

SinerjiProWide
Reklam

publika.az1408362562manat artim 161113

Azər Mehtiyev: “Valyuta məzənnəsi siyasəti bazar tənzimlənməsi ilə həyata keçirildikdə, bu manata olan inamı tədricən sarsıda bilər”

 Natiq Cəfərli: “Bu addım ölkədə inflyasiya basqısı yaradacaq və qiymətlərin artımına gətirib çıxara biləcək”

 

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bildirib ki, Azərbaycan çevik valyuta məzənnəsi siyasətinə keçməlidir. Qeyd edək ki, Azərbaycanda hazırda valyuta məzənnəsinin tənzimlənməsi  Mərkəzi Bank tərəfindən idarə olunur. Ona görə də, bu sahədə çevik valyuta məzənnəsi siyasəti yoxdur. Nəticədə manatın kursu yüksək olaraq qalır.

Görəsən, Azərbaycan tövsiyyəyə uyğun olaraq, çevik valyuta məzənnəsi siyasətinə keçməlidirmi?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev Yenicag.az saytına açıqlamasında indilikdə belə bir addımın atılmasına ehtiyac görmədi: “Çevik valyuta məzənnəsi o deməkdir ki, bu halda proses ancaq Mərkəzi Bankın müəyyən etdiyi əsasda deyil, açıq bazarda valyuta investisiyaları vasitəsilə də həyata keçirilir. Yəni valyutanın real bazar qiyməti formalaşır. Azərbaycan manatı isə Mərkəzi Bank  tərəfindən tənzimlənir və bu valyutanın məzənnəsi dəyişilməz saxlanılır. Nəticədə uzun müddətdir ki, Azərbaycan manatı nisbətən sabit valyuta kimi fəaliyyət göstərir. Burada ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, Mərkəzi Bank  bu prosesi tənzimləyərkən, sadəcə, bazarda proseslərin normal tənzimlənməsini həyata keçirir. Azərbaycan manatının çevik, sürüşkən kursa keçməsi fonunda, xüsusən neftin qiymətinin aşağı düşdüyü dövrdə ölkəmizə daxil olan valyutaların həcmindən asılı olaraq, manatın məzənnəsinin dollar və digər valyutalara nəzərən dəyişməsi baş verə bilər. Rusiya və bir çox digər neft ölkələrində neft gəlirlərinin böyük əksəriyyəti özəl şirkətlərin əlindədir. Belə ölkələrdə valyuta bazarı daha canlı olur və burada milli valyutanın məzənnəsinin formalaşmasında valyuta bazarı daha önəmli rol oynayır. Azərbaycanda isə neft gəlirləri dövlətin əlində olduğundan, manatın məzənnəsinin tənzimlənməsində də dövlətin imkanları genişdir. Kursun sərbəst bazarda təyin edilməsi təbii ki, manatın kursunun tez-tez dəyişməsilə nəticələnə bilər. Dünya bazarında ABŞ dollarının məzənnəsi qalxdıqca, Azərbaycanda da oxşar proseslərin baş verməsi baş verər. Azərbaycan vətəndaşlarında manat nisbətən sabit valyuta qismində formalaşıb. Bir çox valyutaların məzənnəsi dəyişdiyi dövrdə belə, Azərbaycanda manat öz mövqeyini qoruyub. Ancaq proses bazar tənzimlənməsi ilə həyata keçirildikdə, bu valyuta məzənnəsinin tez-tez qalxıb, düşməsinə gətirib çıxarar. Belədə manata olan inamın tədricən sarsılması və milli valyutanın məzənnəsinin aşağı enməsi, dolların isə məzənnəsinin qalxmasına rəvac verər”.

Digər ekspert  Natiq Cəfərli də saytımıza bildirdi ki, hazırki vəziyyətdə çevik valyuta siyasətinə keçməyin tez olduğunu düşünür: “Çevik valyuta siyasətində manatın ticarəti daha sərbəstləşmiş, kursu daha oynaq olacaq. Azərbaycanda  bununla bağlı problem var. Dünya bazarında avronun qiyməti oynadıqca, bunu Azərbaycan bazarında da hiss edirik. Belə halda manatın məzənnəsində ciddi dəyişikliklər olduğunu görürük. Amma dollarla bağlı bunu demək mümkün deyil. Uzun illrdir ki, Mərkəzi Bankın intervensiyasında dolların kursu demək olar ki, stabildir. Hətta aylarla eyni məzənnə qalır. Beynəlxalq Valyuta Fondunun tövsiyyəsi manatın kursunu stabil saxlamaq üçün xərclənən vəsaitlərə qənaət etmək məqsədi daşıyan bir tövsiyyədir. Habelə, milli valyutamızın dollara nisbətə kursunun baha olması  və kursunun dəyişməməsi yerli istehsalçılara ciddi ziyan vurur, onların xarici bazarlara çıxış imkanlarını məhdudlaşdırır. Tövsiyyələrdən biri də ondan ibarətdir ki, dolların manata nisbətən kursunun daha oynaq olması gələcəkdə Azərbaycan istehlakçılarının xarici bazara çıxışını daha da asanlaşdırar. Amma bu addımda təhlükəli məqamlar da az deyil. Dolların manata nisbətən kursunun stabil saxlanılması ölkədə inflyasiyanın stabil saxlanılması ilə nəticələnir. Lakin gec-tez onsuz da Azərbaycan bu addımı atacaq. Bununla belə həmin addım konservativ şəkildə, addım-addım atılda daha yaxşıdır, nəinki BVF-nin təklif etdiyi kimi kursu tamamilə bazarın ixtiyarına buraxmaq. Manata Mərkəzi Bankın intervensiyaları azalarsa, təbii ki, dolların kursunda artım olacaq və manat ucuzlaşacaq.  Bu isə ölkədə inflyasiya basqısı yaradacaq və qiymətlərin artımına gətirib çıxara biləcək”.

Rüfət/Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."