22b92d8ea707cd85c8e27e9236532ad5“Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib. Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Rusiya da bizə çox yaxın dost ölkədir”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb.

Novruz Məmmədov qeyd edib ki, hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır.

“Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işinə öz töhfəsini verməyə hazırdır,” – deyə N. Məmmədov əlavə edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."