www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizi qəbul edib.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğulayıb.

Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd edib və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini deyib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını deyib və qeyd edib ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."