«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçir

Müəllif: Redaktor

Editor

demiryollari«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Yeniçağ.Az xəbər verir ki, bu haqda QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya məlumat verib. Onun sözlərinə görə sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək: “Sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır