!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan dərmana olan tələbatını nə zaman ödəyəcək?

!Reklam – Yazi

Azərbaycanda yaxın dövrlərdə İran və Rusiya şirkətlərilə birlikdə daha bir əczaçılıq zavodunun təməli qoyulacaq. Hazırda ölkəmiz dərmana olan bütün tələbatı ancaq xaricdən idxal etmək hesabına ödəyir. Bu mənada görəsən, sözügedən əczaçılıq zavodlarının tikilməsi və fəaliyyətə başlaması ilə dərman idxalından asılılığı neçə faizə endirmək mümkün olacaq?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında bildirdi ki, atılan addımlar fonunda yaxın illərdə Azərbaycan dərmana olan tələbatının yarısını daxili imkanlar hesabına ödəmək gücündə olacaq:

“Dərmana tələbatın artması fonunda onun idxalını azaltmaq praktik olaraq mümkün deyil. Amma sözsüz ki, əczaçılıq zavodlarının tikilməsi idxaldan asılılığı mərhələli şəkildə aradan qaldıracaq. O baxımdan güman edirəm ki, indiki məqamda əczaçılıq zavodlarının tikilməsi müsbət haldır. Bu addım nəticə etibarı ilə imkan verəcək ki, yerli istehsal hesabına ölkədə dərmana olan tələbatın əhəmiyyətli hissəsini ödəmək mümkün olsun. Elə dərmanlar var ki, əlbəttə onların Azərbaycanda istehsalı olduqca çətindir. Bəzi dərmanlar da var ki, ümumiyyətlə, onun burada istehsalı qeyri-mümkündür. Amma ilk mərhələdə spesifik və hazırlanması çətin olmayan dərmanların istehsalı mümkündür. Bu zavodların tikintisində nəticə ondan ibarət olmalıdır ki, Azərbaycan növbəti illərdə dərman preparatlarına olan tələbatının azı 50 faizini daxili imkanlar hesabına ödəsin”.

ELÇİN

Yenicag.Az

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv