Azərbaycan diaspor təşkilatı etiraz bayanatı yayıb

Müəllif: Redaktor

Editor

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi(İS-TAD)Türkiyə Böyük Millət Məclisində Türkiyə Konstitusiyası ilə bağlı müzakirələr zamanı qondarma ‘erməni soyqırımı’ iddialarını müdafiə edən erməni əsilli deputat Qaro Paylanla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Qaro Paylan təxribatçıdır, onun səsləndiridiyi fikirlər həqiqəti əks etdirmir, türklər tarixin heç bir mərhələsində soyqırımı törətməyib, əksinə yaşadıqları ərazilərdə tolerantlıq və sülhün,birgə yaşayış prinsiplərinin təminatçısı olublar. Ermənilərin xarici havadarlarının dəstəyi ilə türklərə qarşı dəfələrlə soyqırımı törətdiyini xatırladan İS-TAD rəhbəri, səfər Qaraqoyunlu bu gün türklərə münasibətdə eyni siyasətin davam etdirildiyini, dinc insanların, türk diplomatların öldürüldüyünü vurğulayıb. Bəyanatda türklərin qədim və əzəli torpağı olan və hazırda ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağda bir nəfər azərbaycanlının, türkün yaşamadığını xatırladılır, bu ərazilərdə türklərə məxsus yüzlərlə tarixi abidənin, məscidlərinvə digər əhəmiyyətli tikililərin yox edildiyini, Azərbaycan adlarının tarixdən silindiyi qeyd olunur.

Tarix boyunca soyqırımı ermənilərin türklərə qarşı həyata keçirdiyini Qaro Paylanın diqqətinə çatdıran bəyanat müəllifləri soyqırımın əsl izini görmək üçün Türkiyə və Azərbaycandakı kütləvi məzarlarlıqlara, bir gecədə 613 sakini iləməhv edilən Xocalı şəhərinə baxmağı tövsiyə edir. “Türklərin ermənilərə qarşı soyqırımı törətsəydi, bu gün qaro paylanlar Türkiyə Böyük Millət Məclisində otura, minlərlə erməni isə Türkiyədə azad və xoşbəxt yaşaya bilməzdi. Bu gün Türk xalqının vergisi hesabına Türkiyə dövlətindən maaş alan Qaro Paylan və onun həmfikirlərinin türkləri soyrıqımı törətmək iddiları ilə suçlaması yolverilməzdir” – İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin bəyanatında belə deyilir.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir