!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan dövlətinin maliyyə imkanları getdikcə azalır” – İqtisadçı ekspert

!Reklam – Yazi

images-1“Gəlirlərin azaldığı bir dövrdə kreditlərin ard-arda alınması heç də yaxşı əlamət deyil”

Bu fikri Yenicag.Az-a Azərbaycan hökumətinin xaricdən mütəmadi götürdüyü kreditlərə münasibət bildirərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.

Onun fikrincə, bu divident adətən icra struktur layihələrinə və infrastrukturu yaxşılaşdırmaq üçün digər uzunmüddətli gəlir gətirməyən sahələrə qoyulur:

“Azərbaycanın bu günə aldığı kreditlərin ümumi həcmi ümumdaxili məhsulun 60 faizinə yaxınlaşır. Çünki təkcə hökumətin aldığı kredit təqribən 8 milyarda yaxındır, Neft Şirkətinin də borcu 8 milyard dollara yaxındır. Digər vergi ödəyiciləri var ki, dövlət şirkətləri olaraq “Azərsu”, “AZAL”, “Azəryolservis”, “Dəmiryolu” və digərlərinin ümumi götürdükləri kreditlər doğrudan da get-gedə artır və bu, gələcəkdə problem yarada bilər. Ən əsası da gəlirlərin azaldığı bir dövrdə kreditlərin ard-arda alınması heç də yaxşı əlamət deyil”.

İqtisadçı-ekspert Qadir İbrahimli isə qeyd etdi ki, çətinliklər var və Azərbaycan dövləti bu kreditləri qaytarmalıdır:

“Azərbaycan dövlətinin maliyyə imkanları getdikcə azalır və məhdudlaşır. Bu kreditlərin qaytarılması yaxın illər ərzində problemə çevrilə bilər. Çünki həmin kreditlər avro və dollarla alınır, eyni qaydada da qaytarılır. Nəzərə alsaq ki, Azərbaycanda kəskin devalvasiyaya keçid üzrə hazırlıq işləri aparılır, demək, yaxın illərdə götürülən kreditlərin qaytarılması mümkün olmayacaq”.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv