Azərbaycan dünya çempionatı medalından məhrum edildi

Müəllif: Redaktor

Editor

dopinnn azvBeynəlxalq Ağır Atletika Federasiyası (BAAF) 2015-ci ildə Amerikanın Hyuston şəhərində keçirilmiş dünya çempionatında uğura imza atan, lakin dopinq-testdən keçə bilməyən atletlərinin təkrar testinin nəticələrindən sonra medallardan məhrum edilən idmançıların adlarını açıqlayıb.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, mükafatlarından məhrum olunan atletlər arasında Azərbaycan yığmasının üzvü Valentin Xristov (62 kq) da var. Təmsilçimizin bürünc medalı Kolumbiya idmançısına verilib.

Bundan əlavə, yığmamızın birdən və təkanla müxtəlif hərəkətlərə görə qazandığı medallar da əlindən alınıb. Valentin Xristov iki bürünc, Firidun Quliyev (69 kq) və Elxan Əliquluzadə (77 kq) hərəyə bir kiçik gümüş medaldan məhrum olublar.

Xatırladaq ki, Hyuston keçirilmiş dünya çempionatı ilə bağlı Azərbaycanın 6 atletinin dopinq-testinin təkrar nəticəsi müsbət olub. Onlardan 5 nəfəri, o cümlədən Xristov, Quliyev və Əliquluzadə 8, bir nəfər isə 4 il müddətinə diskvalifikasiya olunub.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır