Yazı İçi 468×60

azerbaijan-armed-forces-day-2011-6-26-9-24-11Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birdir.

Bu barədə “U.S. News and World Report” nəşrinin hazırladığı hesabatda bildirilir.

Ümumilikdə, reytinqdə 60 ölkə yer alıb. Azərbaycan ümumi sıralamada 38-cidir.

Yeri gəlmişkən, Ermənistan ordusu ümumiyyətlə siyahıda yer almayıb.

Silahlı Qüvvələrin reytinqi Davos Beynəlxalq İqtisadiyyatı Forumunda təqdim olunub.

Reytinqdə ilk üç pilləni müvafiq olaraq ABŞ, Rusiya və Çin tutur. Onları isə Almaniya və Böyük Britaniya izləyir.

Azərbaycan öz növbəsində siyahıda 38-ci pilləni tutmaqla, Macarıstan, Rumıniya, Çexiya, Malayziya, Argentina və digər ölkələri qabaqlayıb.
Ümumilikdə, MDB ölkələrindən reytinqdə Rusiya (2), Ukrayna (29) və Qazaxıstan (31) yer alıb. Qonşu ölkələrindən İran 12-ci, Türkiyə isə 17-ci yerdədir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."