Ads by Google

hightechnic
Ads by Google

image“Türkiyədə baş verənlər xarici dairələrə bağlı bir qrup hərbçinin qiyam, hərbi çevriliş cəhdidir və bu cəhdin qarşısı da Türkiyə dövləti tərəfindən mütləq alınacaq. Çünki bu qiyam xalqın seçdiyi hakimiyyətə qarşı yönəlib və xalq da seçdiyi hakimiyyəti qorumaq üçün artıq öz iradəsini ortaya qoymaqdadır – hamı meydanlara axışır”.

Bu fikirləri hazırda Türkiyədə yaşayan Azərbaycan Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov qardaş ölkədə yaşanan hadisələri Strateq.az-a şərh edərkən deyib.

Etimad İsmayılov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti artıq öz effektini verib: “Cənab Ərdoğan əsil dövlət adamı olduğunu bir daha təsdiqlədi. İlk andanca emosiyalarla yox, olduqca təmkinlə və soyuqqanlılıqla hadisələrə yanaşdı. O, qan tökülməməsi üçün qiyamı yatırmağa hazır və qadir qurumlara yox, ilk növbədə, səsini, dəstəyini aldığı Türkiyə xalqına üz tutdu və bu da öz nəticəsini verdi. Artıq xalq meydanlara axşır və bu xalqın iradəsini də, hansı səviyyədə dəstəklənməsindən asılı olmayaraq, heç bir qüvvə dayandıra, durdura bilməz. Bu hadisə həm da cənab Ərdoğanın, AKP hökumətinin xalq arasında hansı səviyyədə dəstəkləndiyini ortaya çıxardı”.

Etimad İsmayılovun fikrincə, onun üçün xoş gələn addımlardan biri də Türkiyə müxalifətinin davranışları olub: “Türkiyənin əsas müxalifət qüvvələrinin, xüsusən də Dövlət Baxçalının və Kılıcdaroğlunun açıqlamaları olduqca yerində atılmış addımlar oldu. Türkiyə müxalifəti də göstərdi ki, onlar üçün ən önəmlisi Türkiyənin dövlət, millət maraqlarıdır və üstəlik, onlar səmimi şəkildə Türkiyədəki mübarizənin demokratik müstəvidən kənara çıxmasını istəmirlər”.

Etimad İsmayılov hesab edir ki, Ərdoğan hakimiyyətinin qorunması Azərbaycan üçün də taleyüklü məsələdir və Azərbaycandakı siyasi təşkilatlar bu olaya laqeyd yanaşa bilməz: “İstənilən qiyam, çevriliş demokratik mübarizənin təməllərini sarsıtmaq deməkdir və demokratik mübarizə yoluna sadiq heç bir siyasi təşkilat belə qiyamları dəstəkləməz. Digər tərəfdən, Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir. Və bu hadisələr Türkiyəni beynəlxalq miqyasda zəiflətməyə yönəlib. Odur ki, biz Türkiyəni zəiflətməyə yönəlmiş bu addımlara qarşı olduğumuzu bildirməliyik. Axı bizi təkcə qan, dil, din eyniyyəti birləşdirmir, bütünləşdirmir. Bizi həm də dünya miqyasında ortaq maraqlarımızın, ortaq hədəflərimizin və ortaq düşmənlərimizin olması birləşdirir. Odur ki, mən və təmsil etdiyim Ədalət Partiyası hər zaman Türkiyənin güclü olmasını arzulamışıq. İnşallah, Türkiyə bu imtahandan da uğurla sınaqdan çıxacaq. Unutmayaq ki, son vaxtlar Azərbaycan rəhbərliyinin beynəlxalq müstəvidə Qarabağ məsələsində tutduğu prinsipial mövqenin, inamlı və qətiyyətli davranışların arxasında həm də Türkiyə kimi bir qardaşımızın bizimlə birgə addımlamasının doğurduğu güvənc hissi durur. Mən hesab edirəm ki, iqtidar və müxalifət mövqeyində durmasından asılı olmayaraq, Azərbaycanda türk və islam birliyini, həmrəyliyini səmimi şəkildə istəyən, arzulayan hər kəs bu olaylara öz münasibətini bildirməli və Türkiyədə xalqın seçdiyi bir hakimiyyətin devrilməsinə yönəlmiş bütün cəhdləri pisləməlidir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."