233333333333333333333Azərbaycan ordusunun artilleriya zərbəsi erməni generallarını və yüksək rütbəli zabitlərini vurdu
Aprelin 4-də Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin intensiv atəşə tutulmasına cavab tədbiri olaraq, ordumuz tərəfindən ağır odsaçan sistem TOS-1 tətbiq olunmuşdu. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun komanda-qərargah məntəqəsinin darmadağın edilməsinin videosunu paylaşmışdı. Sonradan məlumat erməni tərəfindən də təsdiqlənmişdi.

Yenicag.az xəbər verir ki, bu barədə axar.az saytı sensasion məlumat yayıb. Belə ki, odsaçan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ağır yaralanıb və gizli şəkildə Yerevanda mülki xəstəxanada müalicə alır.

Mənbə bildirir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi erməni sosial şəbəkə istifadəçilərinin açıqlamalarından əldə edib.

İşğal altındakı Cəbrayıl ərazisində 5-ci taborda xidmət etdiyini bildirən sosial şəbəkə istifadəçisi Karen Torosyan həmin əraziyə dislokasiya olunmuş qərargah məntəqəsinə atılan mərmi nəticəsində bir neçə yüksək rütbəli zabitlə yanaşı, işğal altındakı Cəbrayıl rayonunda yerləşən alayın komandiri polkovnik Ararat Melkumyan və qərargahda olan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Movses Hakobyanın ağır yaralanması barədə xəbər paylaşıb.

Paylaşımdan məlum olur ki, Ermənistan rəhbərliyi faktı erməni ictimaiyyətindən və hərbi qulluqçulardan gizlətmək məqsədi ilə yaralı olan yüksək vəzifəli şəxsləri aprel ayının 4-də İrəvana gətirərək, orada “Çeryomuşki” massivində yerləşən Respublika Mərkəzi Xəstəxanasında əməliyyat etdirib.

Qeyd edək ki, aprelin 4-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsini dəqiq cavab atəşi ilə darmadağın etmişdi. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilmişdi.

Qeyri-rəsmi məlumatda isə yaralananlar arasında Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyan və general Seyran Saroyanın da olduğu bildirilirdi.

Azərbaycan hökumətindəki rəsmi mənbələr bu məlumatı təsdiqləyiblər. Erməni tərəfinin etirafını gözləyirik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."