!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir”- Vüsal Quliyev

!Reklam – Yazi

yenicag.az_vusal_quliyevBu gün Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən  “Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək ölkəmizin müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçdiyini dedi: “Mütərəqqi islahatlar nəticəsində demokratik və hüquqi dövlət qurulmuş, ölkə əhalisinin xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, ictimai-siyasi sabitlik bərqərar olunmuş, vətəndaş cəmiyyəti institutları formalaşmışdır. Bu gün Azərbaycanın dünya dövlətləri arasında xüsusi yeri və çəkisi var.

Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı əbədi şəkildə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tam əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir.

Bu gün Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, xalqımızın milli mənafeyini özündə ehtiva edən bu siyasət gələcək illərdə də davam etdiriləcək, Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlayacaqdır.”

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv