yenicag.az

Azərbaycan Frankfurt Beynəlxalq kitab sərgisində iştirak edir

Azərbaycan Frankfurt Beynəlxalq kitab sərgisində iştirak edir

Müəllif: Redaktor

Editor

unnamed (10)Dünyanın ən böyük kitab sərgisində-Frankfurtda sərgisində Azərbaycan nümayəndə heyəti də iştirak edir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qurulan Azərbaycan stendi əvvəlki illərdən fərqli olaraq bu dəfə daha möhtəşəm və daha zəngindir. Senet.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyə ilə sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti stendə baş çəkən qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verir, müxtəlif kitablar, jurnallar, braşurları hədiyyə edirlər. 200 addan çox, 500 ədədə yaxın müxtəlif dillərdə sərgilənən kitablar Azərbaycan ədəbiyyatını, mədəniyyətini, iqtisadiyyatını, tarixini, siyasətini əhatə edir

Azərbaycanın simvoluna çevrilmiş Qız qalası və Şirvanşahlar sarayını modern üslubda ehtiva edən dizayn dünyanın bir çox böyük ölkələrinin stendi ilə müqayisə edilə biləcək səviyyədədir. Sərgidə kirayə edilən yer isə strateji baxımdan çox yaxşıdır. Türkiyə nəşriyyatları ilə qonşu olan stendimiz 56 kvadratdır. Bu da Azərbaycan kitabları ilə maraqlanan qonaqların rahatlığını təmin edir.
Kitabi Dədə Qorqud Dastanının Fridrix fon Dits tərəfindən elm aləminə təqdim edilməsinin, Alman dilinə tərcüməsi və nəşrinin 200 illik yubileyi ilə əlaqədar cənab prezidentin sərəncamına əsasən tədbirlər planına uyğun olaraq 17 oktyabrda Azərbaycan stendində tədbir keçiriləcək. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin ingilis və Alman dilində nəşr etdirdiyi braşurlar sərgi iştirakçılarına paylanır və tədbirə dəvət edilir.

Tədbirdə Azərbaycandan Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev, Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Türkiyə Cümhuriyyətinin Frankfurt baş konsulu Mustafa Çelik, Rheinland – Pfalz əyalətinin deputatı Dr.Dr. Rahim Şmit, Sprendlingen – Gensingen şəhərinin bələdiyyə başçısı Manfred Scherer, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev, Avropa Azərbaycanlıları konqresinin fəxri sədri Başar Kömür çıxış edəcəklər.
Azərbaycan stendə ölkəmizin özəl nəşriyyatlarına da yer ayrılıb. Belə ki, Hədəf və Xan nəşrləri, Azərnəşr, Qələm nəşriyyatları da öz kitabları ilə iştirak edir. Hədəf Nəşrlərinin Xatirə ədəbiyyatı seriyası xarici naşirlərin diqqətini cəlb etmiş, bir neçə nəşriyyatla xarici dillərdə çap edilməsi üçün danışıqlar aparılıb.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti