!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan futbolunda biabırçılıq - Matçdan sonra valideyn futbolçunu döydü!

!Reklam – Yazi

AFFA-nın bu gün keçirilən İntizam Komitəsi U-14 Liqasında keçirilən qalmaqallı “İnter” – “Mançester Yunayted” oyununda baş verənləri araşdırıb.

Yenicag.az -ın məlumatına görə, komitə “İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyub.

Buna “Mançester Yunayted”lə qarşılaşma başa çatandan sonra yaşananlar səbəb olub. Belə ki, oyun bitdikdən sonra “İnter”in futbolçuları “Mançester Yunayted”in avtobusuna yaxınlaşıb və iki komanda üzvləri arasında münaqişə yaranıb. İnsident zamanı Əmirhüseynov da diqqət mərkəzinə düşüb. O, “Mançester Yunayted”in oyunçusu Raul Məmmədovu vurub. Məhz uşağa endirdiyi bu zərbə valideynə ömürlük qadağa bahasına başa gəlib.

İntizam Komitəsi hər iki kluba təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparmağı da tapşırıb

www.yenicag.az

1905
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv